Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Qoşulmama Hərəkatının nazirlər konfransı açılış mərasimindən sonra işini davam etdirib VİDEO

Bakı, 5 aprel, AZƏRTAC

Aprelin 5-də Bakı Konqres Mərkəzində keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransı açılış mərasimindən sonra işini davam etdirib.

AZƏRTAC xəbər verir ki, Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Xorxe Arreasa Monserrat konfransa sədrliyin Azərbaycan Respublikasına keçdiyini bildirdi.

Konfransa sədrlik edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu mötəbər tədbirin olduqca mühüm hadisələrin baş verdiyi bir dövrdə keçirilməsinin əhəmiyyətini vurğuladı. Nazir bildirdi ki, hazırda ölkələrimizin qarşısında çox mühüm çağırışlar var. Bu çağırışlara cavab vermək üçün ölkələrimiz həmrəy olmalı, əməkdaşlığı gücləndirməlidirlər.

Qoşulmama Hərəkatının əhəmiyyətli forum kimi dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verdiyini deyən Elmar Məmmədyarov dedi ki, beynəlxalq və yerli səviyyələrdə qanunun aliliyinə hörmət dünyada təhlükəsizlik üçün çox vacibdir. Buna görə də biz ikili standartlardan uzaq durmalıyıq. BMT-yə, xüsusən də Təhlükəsizlik Şurasına üzv ölkələr təşkilatın Nizamnaməsində nəzərdə tutulan prinsiplərin tətbiqi üçün səylərini davam etdirməlidirlər.

Azərbaycanın BMT-nin aparıcı rolunu dəstəklədiyini vurğulayan nazir qeyd etdi ki, ölkəmiz beynəlxalq sülhün və təhlükəsizliyin, insan hüquqlarının təmin olunmasına öz töhfəsini verir. Azərbaycan BMT-nin, o cümlədən təşkilatın Baş Məclisinin gücləndirilməsi istiqamətində islahatların aparılmasını dəstəkləyir. Bunun üçün, ilk növbədə, BMT-yə üzv ölkələrin təklifləri nəzərə alınmalıdır.

Münaqişələrin təkcə baş verdiyi regionlarda deyil, beynəlxalq aləmdə də təhlükəsizliyə ciddi maneə yaratdığını deyən Elmar Məmmədyarov Qoşulmama Hərəkatının nazirlər konfransının beynəlxalq səviyyədə sülhün və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyinə əminliyini ifadə etdi. O diqqətə çatdırdı ki, Azərbaycan bu mötəbər təşkilata sədrliyi dövründə üzv ölkələrdə münaqişələrin həllinə kömək göstərəcək.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının regionda əməkdaşlığa və inkişafa ciddi maneə yaratdığını vurğulayan xarici işlər naziri bildirdi ki, Ermənistan iyirmi beş ildən artıqdır Azərbaycanın ərazisinin 20 faizini işğal altında saxlayır. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı iyirmi beş il əvvəl dörd qətnamə qəbul edib. Digər beynəlxalq təşkilatlar da Azərbaycanın ərazi bütövlüyünü tanıyan və işğalı pisləyən qərar və qətnamələr qəbul ediblər. Lakin Ermənistan bu qətnamələrin tələblərinə məhəl qoymur.

Azərbaycanın regionda əməkdaşlığa və iqtisadi inkişafa mühüm töhfələr verdiyini diqqətə çatdıran nazir ölkəmizin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı layihələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi.

BMT Baş Assambleyasının 72-ci sessiyasının sədri Miroslav Layçak Qoşulmama Hərəkatının dünyada sülhün və təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyətini vurğulayaraq, Azərbaycanın belə mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyinə görə minnətdarlığını bildirdi. O, BMT-nin nümayəndələrinin bu konfransda Davamlı İnkişaf Məqsədlərindən olan sülhün və təhlükəsizliyin təşviqi ilə bağlı iştirak etdiklərini vurğuladı.

BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin əhəmiyyətindən danışan M.Layçak bu məqsədlərin bu gün dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm rolunu qeyd etdi. Bildirdi ki, müasir dövrdə ölkələrin üzləşdikləri çağırışlara qarşı Dayanıqlı İnkişaf Məqsədlərindən necə istifadə olunması vacib rol oynayır. O, sülhün və təhlükəsizliyin təmin olunması, münaqişələrin həlli, miqrasiya böhranının aradan qaldırılması naminə bütün ölkələrin həm BMT, həm də digər beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığının vacibliyini qeyd etdi.

“G77”nin hazırkı sədri, Misirin BMT yanında daimi nümayəndəsi Mohamed Fathi Ahmed Edrees çıxışında konfransın yüksək səviyyədə təşkilinə, eləcə də Azərbaycanın sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində göstərdiyi səylərə görə Prezident İlham Əliyevə və Xarici İşlər Nazirliyinə təşəkkürünü bildirdi. O, Qoşulmama Hərəkatının dünyada sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində sıx əməkdaşlığın təşviqinə söykənən fəaliyyətini yüksək qiymətləndirdi. Bildirdi ki, dünya ölkələri BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 17 hədəfinə sadiq qalmaq, xüsusilə yoxsulluğu aradan qaldırmaq üçün səylərini artırmalıdır. Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində intensiv qarşılıqlı görüşlər və belə tədbirlər mühüm əhəmiyyət daşıyır.

Sonra regional qrupların nümayəndələrinin çıxışları oldu.

Asiya-Sakit okean qrupu adından çıxış edən Fələstinin xarici işlər naziri Riad Malki Qoşulmama Hərəkatının beynəlxalq sülhün qorunub saxlanması, insan hüquqlarının təmini istiqamətindəki səylərini yüksək qiymətləndirdi. O, bu səylərin müxtəlif xalqların öz müqəddəratlarını müəyyən etmək, hüquq və azadlıqlarını reallaşdırmaq baxımından əhəmiyyətli olduğunu vurğuladı. Qoşulmama Hərəkatının dünyada beynəlxalq iqtisadi münasibətlərin nizamlanmasına və inkişafına da mühüm töhfə verdiyini deyən nazir dünyada böhranların baş verdiyi bir zamanda Qoşulmama Hərəkatının dövlətlər arasında əməkdaşlığın aparılması və böhrandan çıxış yollarının birgə araşdırılması baxımından əhəmiyyətli olduğunu bildirdi. O, Asiya-Sakit okean qrupu ölkələri adından çıxış edərək bütün dövlətləri xarici müdaxilələrə, münaqişələrə və təcrid siyasətinə qarşı çıxmağa və Qoşulmama Hərəkatı daxilində daha da sıx əməkdaşlıq etməyə çağırdı.

Latın Amerikası qrupu adından çıxış edən Kubanın xarici işlər nazirinin müavini Abelardo Moreno Fernandes konfransın təşkilinə görə qardaşlıq münasibətlərinin qurulmasına nümunə olan Azərbaycan hökumətinə minnətdarlığımı bildirdi. Qeyd etdi ki, dünyada sülhə və təhlükəsizliyə təhdidlərin artdığı bir dövrdə Qoşulmama Hərəkatının öz səylərini birləşdirərək həmrəylik göstərməsi sevindirici haldır. Bu əməkdaşlıq daha da möhkəmləndirilməlidir. Qoşulmama Hərəkatına üzv olan dövlətlər digər ölkələrin ərazi bütövlüyünə, suverenliyinə hörmət edərək, bunun dəstəklənməsini öz fəaliyyətində əsas prinsip kimi götürməlidirlər.

Avropa regional qrupu adından çıxış edən Belarusun xarici işlər nazirinin müavini Andrey Dapkiunas mühüm müzakirələrin aparıldığı bu mötəbər tədbirin mövzuların aktuallığı baxımından önəmini qeyd etdi. İyirmi il əvvəl ölkəsinin Qoşulmama Hərəkatının sıralarına daxil olan ilk Avropa dövləti olduğunu xatırladan A.Dapkiunas Belarusun ötən müddətdə Qoşulmama Hərəkatının əsas prinsiplərindən olan dünyada sülhün, təhlükəsizliyin və əməkdaşlığın təbliği işində fəal iştirak etdiyini diqqətə çatdırdı. Bildirdi ki, Belarus bu baxımdan Avropadakı tərəfdaşlar və qurumlar ilə səmərəli əməkdaşlıq edir. Son illər Avropanın qarşılıqlı etimad baxımından ciddi problemlərlə, siyasi qarşıdurmalarla üzləşdiyini deyən nazir müavini dedi ki, bunun qarşısını almaq üçün qarşılıqlı dialoq və əməkdaşlıq gücləndirilməlidir.

Afrika regional qrupu adından danışan Efiopiyanın xarici işlər üzrə dövlət naziri xanım Hirut Zemene tədbirdə iştirakına və çıxışına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. O, Afrika qrupunun Azərbaycanın nazirlər konfransını yüksək səviyyədə təşkil edərək, davamlı inkişaf üçün beynəlxalq sülhü və təhlükəsizliyi fəal təbliğ etməsindən məmnunluğunu diqqətə çatdırdı. Xanım nazir Qoşulmama Hərəkatının prinsip və dəyərlərinin təbliğinin, üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsinin müasir dövrdə bəşəriyyətin qarşılaşdığı problemlərin həlli, mədəniyyətlər və sivilizasiyalar arasında münaqişələrin, terrorizmin, transmilli cinayətkarlığın qarşısının alınması baxımından əhəmiyyətini vurğuladı. Bildirdi ki, Qoşulmama Hərəkatının Afrika qrupu regionda və dünyada əməkdaşlığı, təhlükəsizliyi, habelə BMT-də islahatların aparılmasını dəstəkləyir.

Azərbaycanın BMT yanındakı daimi nümayəndəsi Yaşar Əliyev Qoşulmama Hərəkatının nazirlər konfransına hazırlıq məqsədilə aprelin 3-4-də Bakıda keçirilmiş yüksək vəzifəli məmurlar səviyyəsində iclasda müzakirə olunan məsələlər və qəbul edilən qərarlar barədə iştirakçılara məlumat verdi.

Fasilədən sonra konfrans işini müzakirələrlə davam etdirdi.

Sent Vinsent və Qrenadinin xarici əlaqələr, biznes və ticarət naziri Luis Straker dedi ki, ölkələr arasında əlaqələr inkişaf etdirilməlidir. Həmrəylik, sabitlik, təhlükəsizlik, inkişaf bu konfransda müzakirə olunan əsas mövzulardır. Məqsəd sülhün bütün dünyada bərqərar olunmasıdır.

Hindistanın xarici işlər naziri xanım Suşma Svarac dedi ki, Qoşulmama Hərəkatını həm də multikultural tədbir adlandırmaq olar. Çünki burada müxtəlif xalqların nümayəndələri iştirak edirlər. Azərbaycan bu konfransı yüksək səviyyədə təşkil edib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif terrorizmə, ekstremizmə qarşı mübarizənin, qlobal təhlükəsizliyin təmin edilməsinin önəmini qeyd etdi. Bildirdi ki, bütün ölkələr bu istiqamətdə birgə fəaliyyət göstərməli, səyləri gücləndirməlidirlər. Regional əməkdaşlığın gücləndirilməsi, multikultural dəyərlərin təşviqi sülh və təhlükəsizlik üçün vacibdir.

Liviyanın xarici işlər naziri Mohammad Dayri Qoşulmama Hərəkatının Bakıda keçirilən bu konfransının ölkələrin üzləşdikləri problemlərin həlli yollarının müzakirə edilməsi baxımından çox əhəmiyyətli tədbir olduğunu qeyd etdi.

Əfqanıstanın xarici işlər naziri Səlahəddin Rəbbani regional əməkdaşlığın vacibliyini xüsusi vurğuladı. O, terrorizmlə mübarizədə tətbiq edilən yeni metodlardan danışdı.

Fələstinin xarici işlər naziri Riad Malki insan haqlarının qorunması, sülhün təmin edilməsi və möhkəmləndirilməsi istiqamətində daha ciddi səylərin göstərilməsinin vacibliyini vurğuladı. O dedi ki, Fələstin hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə hörmət olunmasına tərəfdardır.

Tədbirdə digər çıxış edənlər Qoşulmama Hərəkatının Bakıda keçirilən nazirlər konfransında olduqca aktual məsələlərin müzakirə olunduğunu bildirdilər, bu tədbirin faydalı nəticələrinin olacağına əminliklərini ifadə etdilər.

Qoşulmama Hərəkatının nazirlər konfransı açılış mərasimindən sonra işini davam etdirib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır