CƏMİYYƏT


Qoxunun intensivliyini müəyyənləşdirən qurğu buraxılıb

Bakı, 5 iyul, AZƏRTAC

Yaponiyanın “Tanita” şirkəti qoxunun intensivliyini müəyyənləşdirməyə imkan verən “ES-100” cihazını təqdim edib.

AZƏRTAC “Popmech” resursuna istinadən bildirir ki, cihazdan istifadə etmək üçün onu işə salmaq və sensoru bədənin lazımi hissəsinə yaxınlaşdırmaq tələb olunur. On saniyədən sonra ekranda onballıq şkala üzrə qiymətləndirmə görünməyə başlayır. Göstərici 5 bal səviyyəsində olan zaman istehsalçı təmiz geyim geyinməyi və duş qəbul etməyi tövsiyə edir.

“Tanita ES-100” qurğusu həm tər, həm də parfümeriya iyinə reaksiya verir.

Hazırda yalnız Yaponiyada satışa çıxarılan “ES-100” cihazı ciddi geyim tərzinə üstünlük verən şirkətlərdə çalışan kişilər üçün nəzərdə tutulub.

Təlimata görə, sensordan 2 min dəfə istifadə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.