REGİONLAR


“Qoy həmişə sülh olsun!” onlayn rəsm müsabiqəsinin qalibləri məlum olub

Xaçmaz, 18 sentyabr, Elxan Yusifli, AZƏRTAC 

Siyəzəndə “Qoy həmişə sülh olsun!” mövzusunda keçirilən onlayn rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Sülh aylığı” çərçivəsində keçirilən müsabiqədə rayon ümumtəhsil məktəblərinin 40-a yaxın şagirdi iştirak edib.

Siyəzən Rayon Gənclər və İdman İdarəsi və rayon Təhsil Şöbəsinin birgə təşkil etdiyi rəsm müsabiqəsi uşaq və yeniyetmələrə sülh mədəniyyəti, həmrəylik, beynəlmiləlçilik ideyalarına hörmət ruhu aşılamaq, istedadlı uşaq və yeniyetmələri üzə çıxarmaq və bu sahədə onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək olmaq məqsədi daşıyıb.

Şagirdlər tərəfindən çəkilən rəsmlərdə onların sülhün qorunması, müharibəsiz həyat, dünyanın bütün xalqlarının sülh və əmin-amanlıq şəraitində yaşaması kimi arzuları əks etdirilib.

Münsiflər heyətinin qiymətləndirilməsinə əsasən uşaqlar arasında Zarat kənd tam orta məktəbin şagirdi Ayşən Şahbazlı I, Məşrif kənd tam orta məktəbin şagirdi Mahnur Səmədova II, Böyük Həmyə kənd tam orta məktəbin şagirdi Hacı Nəzərov III yerə layiq görülüb. Yeniyetmələr arasında isə şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Xədicə Allahverdiyeva, Böyük Həmyə kənd tam orta məktəbin şagirdi Fatimə Umudova və şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Ləman Novruzova müvafiq olaraq ilk üç yerin qalibi olublar.

Müsabiqənin qalibləri onlayn fəxri fərmanlarla təltif ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.