Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Qoyun ətinin qidalılıq dəyəri

Qoyun ətinin qidalılıq dəyəri

Bakı, 22 iyul, AZƏRTAC

Azərbaycanda qoyun əti digər ölkələrlə müqayisədə daha çox istehlak olunur. Qoyun ətinin tərkibi heyvanın cinsi, yaşı, cinsiyyəti, qidalanması, bəslənməsi, həmçinin stres amilləri ilə əlaqədar olaraq dəyişir. Kimyəvi tərkibinə görə qoyun əti zülallar, yağlar, ekstraktiv və mineral maddələr, fermentlər, vitaminlər, karbohidratlar, su və digər qida maddələrindən ibarətdir. Qida əhəmiyyətinə görə quzu əti daha keyfiyyətli və diyetik sayılır. Qoyun ətinin enerji dəyəri 190-300 kkal/100 qr intervalında dəyişir.

AZƏRTAC xəbər verir ki, Qida Təhlükəsizliyi İnstitutunun Heyvan sağlamlığı şöbəsinin mütəxəssisləri Q. Cəlladov və K. Əliyevanın hazırladığı maarifləndirici məqalədə ekoloji təmiz, keyfiyyətli və asan həzm olunan qoyun əti haqqında bəhs olunur.

Qoyun ətinin əzələ toxumasında birləşdirici toxuma zülalları (kollagen, elastin, mutsin, mukoidlər və s.) istisna olmaqla, zəngin və yüksək bioloji dəyərə malik zülal kompleksi cəmləşir. Onların sırasına miogen, mioqlobin, qlobin, mioalbumin, miozin, aktin, aktomiozin, troponin, tropomiozintitin, desmolin və başqalarını da aid etmək olar.

Miogen əzələ zülallarının 20-30 faizini təşkil edir və digər zülallardan fərqli olaraq, ət qaynadılarkan asanlıqla bulyonun tərkibinə keçərək səthində köpük şəklində toplanır. Mioqlobin intensiv işləyən əzələlərdə daha çoxdur. Əzələ toxumasının rənginin qırmızı çalarlı olması mioqlobinin miqdarından asılıdır. Yaşlı heyvanlara nisbətən quzuların əzələ toxumasının tərkibində mioqlobin az olduğundan ətinin rəngi də solğun-çəhrayıya çalır. Miozin əzələ toxuması zülallarının 35 faizini təşkil edir və bir hissəsi aktinlə birləşərək tərkibində əvəzolunmaz amin turşuları ehtiva edən aktomiozin kompleksinə çevrilir. Ümumiyyətlə, qoyun ətinin tərkibindəki ümumi zülalların çox hissəsi sadə zülal fraksiyalarından təşkil olunub. Bu da onun digər ət növləri ilə müqayisədə dadlı və şirəli olmasını şərtləndirir. Həmçinin zülalların aminturşu spektrində demək olar ki, bütün amin turşuları balanslaşmış şəkildə iştirak edir. Qoyun ətinin tərkibində qliko-, lipo-, nukleo-, fosfoproteidlər və digər mürəkkəb zülallar da mövcuddur. Həmçinin tərkibindəki kreatinin metabolizmi ilə əlaqədar spesifik dad və qoxuya malik olması da qoyun ətinin xarakterik xüsusiyyətlərindən biridir.

Qoyun ətinin tərkibindəki ekstraktiv maddələr də xüsusi əhəmiyyəti ilə seçilir. Belə ki, azotlu ekstraktiv maddələr (kreatin, kreatinin, qlutation, karnozin, amin turşuları, purin və pirimidin əsasları və s.) ətin orqanoleptik xüsusiyyətlərini (konsistensiyası, dadı, qoxusu və s.), azotsuz ekstraktiv maddələr isə (qlikogen, dekstrinlər, qlükoza, süd turşusu, piroüzüm turşusu və s.) onun yetişmə prosesini tənzimləyir. Qoyun ətində qlikogenin miqdarı az (0,8 faiz) olsa da, heyvan kəsildikdən sonra onun süd turşusuna parçalanması ilə ətin pH göstəricisi turşuluğa doğru (pH<7,0) dəyişərək ətin yetişməsini sürətləndirir. Bu zaman yaranan turş mühit mikroorqanizmlərin inkişafı üçün əlverişsiz olduğundan ətin tez xarab olmasının qarşısı alınır.

Əzələ toxumasında lipidlərin (yağların) tərkibi heyvanın cinsi, yaşı, yemlənməsi və bəslənməsindən asılı olaraq dəyişir. Əzələ toxumasındakı yağların tərkibində mono-, di- və triasilqliserinlər, sərbəst yağ turşuları, sterinlər, fosfolipidlər, quyruqda toplanan yağların tərkibində isə doymuş ali yağ turşuları (stearin, palmitin, miristin və s.) ilə zəngin triasilqliserinlər (neytral yağlar) üstünlük təşkil edir. Nəzərə almaq lazımdır ki, mal ətinə nisbətən qoyun ətinin tərkibində zərərli xolesterolun miqdarı az, faydalı lesitinin miqdarı isə çoxdur. Məhz bu səbəbdən quzu əti həm də diyetikdir. El arasında qoyun ətinin “ağır” olması kimi fikir dolaşır. Bu da lipidlərin tərkibində doymuş ali yağ turşularının çox olması ilə əlaqədardır.

Qoyun ətinin tərkibi makro və mikroelementlər (Ca, P, Na, K, Cl, J, Zn, Co, Cu, Ni, Fe, Mn, Mo, F, S, Se və s.), vitaminlər (B1, B2, B3, B6, B12, A, K, E, D, biotin, fol turşusu və s.), həmçinin digər bioloji aktiv maddələrlə zəngindir. Buna görə də immun sistemi, ürək-damar sistemi və mərkəzi sinir sisteminin fəaliyyətinə stimullaşdırıcı təsir göstərir. Belə ki, tərkibində zülal və lesitinin çox olması ilə yanaşı, karbohidrat və xolesterol az olduğuna görə yağsız qoyun əti (adətən cavan heyvan nəzərdə tutulur) orqanizm tərəfindən asan mənimsənilir və diabet xəstələri üçün faydalıdır. Dəmir elementi və B12 vitamini ilə zəngin olduğuna görə, xüsusən də dəmir defisitli anemiya zamanı istehlakı tövsiyə edilir. Tərkibində olan B qrup vitaminləri isə mərkəzi sinir sisteminin funksiyasını tənzimləyir. Ətin tərkibində zərərli xolesterolun miqdarının az olması ürək-damar sisteminin fəaliyyətini nizamlayır və aterosklerozun qarşısını alır. Tərkibində fol turşusu çox olduğundan hamiləlik dövründə dölün inkişafına müsbət təsir edir. Mütəmadi istehlak olunan qoyun əti müxtəlif biokimyəvi prosesləri sürətləndirməklə, orqanizmin müdafiə sistemini səfərbər edir.

Qoyun ətinin faydalı xüsusiyyətləri ilə yanaşı, zərərli təsirləri də vardır. Belə ki, yağlı qoyun ətində doymuş yağ turşuları çox olduğundan hipertoniya və mədə-bağırsaq xəstəlikləri zamanı istehlakı tövsiyə edilmir. Tərkibində çox olan purin əsaslarının sidik turşusuna çevrilməsinə görə oynaq, böyrək və öd kisəsi disfunksiyasından (artrit, nefrit, podaqra, xolesistit və s.) əziyyət çəkən xəstələr üçün bu növ ətin istehlakı zərərlidir.

Digər ət növləri kimi qoyun əti də sanitar-gigiyenik qaydalara uyğun tədarük və istehlak edilmədiyi təqdirdə bir sıra virus, mikroorqanizm və parazit mənşəli təhlükəli zoonoz xəstəliklərin və qida toksikoinfeksiyalarının mənbəyi ola bilər. Odur ki, müvafiq müşayiətedici baytarlıq sənədləri olmayan qoyunların kəsiminə yol verilməməli, həmçinin ətin satışı sanitar-gigiyenik tələblər çərçivəsində həyata keçirilməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda konfrans keçirilir

HONOR Magic6 Pro İstanbulda təqdim olunub

Qobustan qoruğunun direktoru: Belə tədbirlər qədim abidələrimizin dünyada təbliğinə geniş fürsət yaradır

“Məktəblinin dostu” layihəsi hazırda 238 ümumi təhsil müəssisəsində həyata keçirilir

Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlanıb

Nigeriya COP29-dan əvvəl iqlim öhdəliklərini nəzərdən keçirir

Qubadakı “Günbəzli hamam” turistlərin ən çox diqqətini çəkən tarixi abidələrdəndir

Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir

Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə beynəlxalq simpoziumun 8-ci toplantısı Bakıda təşkil olunacaq

“Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabı təqdim edilib

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb VİDEO

® “Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək

Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib

Annalena Berbok: İranı təcrid etmək lazımdır

Rusiyalı ekspert: Parisin Bakıdakı səfirini geri çağırması Fransada zərərli siyasi təfəkkürün əlamətidir - ŞƏRH

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun ofisində olub

Azərbaycan UNESCO Klubları Assosiasiyası Çinin müvafiq qurumu ilə süni intellekt, elektron idarəçilik sahələrində əməkdaşlıq edəcək

Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb

Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar

İdarə rəisi: Azərbaycanda beynəlxalq səviyyəli kiberdiplomatların hazırlanması üçün təlimlər keçiriləcək

Londondakı Mərkəzi Qalereyada Karavacconun son rəsmləri nümayiş etdiriləcək

Yeni maarifləndirici təşəbbüs: “1 sual, 1 cavab”

Bakı Avropa Liseyində müəllim və şagirdlər fövqəladə hallarda davranış qaydaları barədə məlumatlandırılıb

Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır

Britaniyalı deputat haqqında araşdırma başlayıb

Azərbaycan ilə Türkiyə məktəbləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Fransada insan hüquqları açıq şəkildə tapdalanır

“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” – yeni nəşr

“İnklüzivlik ayı” layihəsinə başlanılıb

Bakı Ali Neft Məktəbi ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Agentlik rəhbəri IV sinifdən sonra “Son zəng” keçirilməsi məsələsinə aydınlıq gətirib

“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir

Dövlət agentliyinin direktoru Naxçıvanda təhsil sahəsində tətbiq ediləcək yeniliklərdən danışıb

AFFA beş klubu cəzalandırıb

Eşqi Bağırov: İşğaldan azad edilmiş ərazilərdə 5 məktəbdə 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır

“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxarıb

FHN-in Şirvanda keçirdiyi təlimə 24 texnika və 160 nəfərlik heyət cəlb olunub

Agentlik direktoru: Kişi müəllimlərin sayında azalma müşahidə olunmur

Eşqi Bağırov: 453 məktəbdə elektron jurnaldan istifadə olunur

Agentlik rəhbəri: 345 məktəbdə monitorinq aparılıb, 55 nəfər işdən çıxarılıb

Qonşusunu öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Eşqi Bağırov: Dövlət məktəblərində IV və VI siniflər üzrə şagirdlərin monitorinqdə iştirakı icbaridir

Türkiyə-Azərbaycan Universitetində üç məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq

Pekin Blinkenin Çinə qarşıdakı səfərini yüksək qiymətləndirir

Mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılacaq

Müəllimlərin sertifikatlaşdırılması prosesinin tarixi açıqlanıb

Mayın 1-dən birinci siniflərə qəbul prosesinə başlanılır

DİN: Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər nəticəsində 21 əcnəbi saxlanılıb VİDEO

Çin Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyir

Eşqi Bağırov: Agentliyin fəaliyyəti dövründə 112 müəllimin iş yeri dəyişdirilib

Bəzi dağlıq və dağətəyi ərazilərdə havanın arabir yağıntılı olacağı gözlənilir

Agentlik rəhbəri: Bağçalarda aparılan monitorinqlər nəticəsində 40-a yaxın müdir işdən çıxarılıb

Eşqi Bağırov: Hədəf məktəbəqədər təhsilin əhatəliliyini 30 faizdən 50 faizə çatdırmaqdır

UEFA Avropa Liqası: Yarımfinala vəsiqə qazanacaq komandalar bəlli olur

Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH

Qətər İsrail ilə HƏMAS arasında vasitəçilik missiyasını yenidən nəzərdən keçirəcək

Almaniya polisi insan qaçaqmalçılığına qarşı miqyaslı əməliyyat keçirir

Ramana qalasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib VİDEO

Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO

Qərbi Azərbaycana qayıdışla bağlı konfrans keçirilib

Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 70-ə çatıb

Sinxron turnirdə 30 şahmatçı ilə oynayan yığmanın kapitanı: Avropada bu qədər maraq görmək məni çox sevindirdi

Spiegel: Almaniyada Rusiyaya casusluq edən iki nəfər saxlanılıb

Energetika naziri ABŞ-a səfər edib

Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası yeni eskalasiyaya gətirib çıxaracaq

XRİTDX rəisi rumınıyalı həmkarı ilə birgə əməkdaşlıq istiqamətində görüləcək işləri müzakirə edib

İndoneziyada vulkan püskürüb, sunami xəbərdarlığı elan olunub

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində müşavirə keçirilib

Elşən Qaraca “QGallery”də “Cəsur ürək” sərgisinin təqdim edir

Ölkəmizin Türkiyə və Moldovanın sosial müdafiə qurumları ilə əməkdaşlığı genişlənir

Azərbaycanın və Ukraynanın COP29 ilə bağlı əməkdaşlığı müzakirə edilib

Bulbul – Azərbaycanın unikal milli sosial şəbəkəsi

Pöhrələr boy atır...

Konfrans Liqası: “Fənərbağça” “Olimpiakos”la cavab görüşünə çıxacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üç ayda məcburi dövlət sosial sığorta üzrə daxilolmalarda 8,6 faiz artım qeydə alınıb

Bu ilin ilk rübü ərzində ƏƏSMN-də və qurumlarında 498 min vətəndaş qəbul edilib

"Xəzri"nin kapitanı: Finalda "Sərhədçi" ilə qarşılaşmaq daha yaxşı olardı

Azərbaycanın dayanıqlı su təminatına böyük töhfə ŞƏRH

Azərbaycan millisi İnkişaf turnirində iştirak edəcək

AzMİU Varşava Texnologiya Universiteti ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan millisinin kapitanı növbəti dəfə Macarıstan çempionu olub

Xorvatiya parlamentinə seçkilərdə Baş nazirin partiyası qalib gəlib

Azərbaycanda insan resurslarının idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edilib

Naxçıvanda ixrac olunan mallara verilən mənşə sertifikatlarının sayı artıb

Komitə sədri: Bədxassəli şişlərin əmələ gəlməsinin əsas səbəblərindən biri transyağlardır

® Sən də “Dəstək” ol!

Xaricidə işlə təmin etmək adı altında vətəndaşların pullarının ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb

Gənc Tamaşaçılar Teatrı may repertuarını təqdim edib

Aprelin 21-də 46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 5 nəfər xilas edilib

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Ağsuda vətəndaşların müraciətlərini dinləyəcək

® ABB-dən cəmi bir günə tender qarantiyası

Dünyanın ən yaxşı kameraya sahib telefonu HONOR Magic6 Pro tezliklə Azərbaycanda satışa çıxarılacaq

Azərbaycan ilə Pakistan arasında təhsil sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

Sumqayıt qatarını daşa basanlar müəyyən olunublar VİDEO

UNEC Bakı Dizayn Akademiyası ilə əməkdaşlıq edəcək