MƏDƏNİYYƏT


“Qoyya” baleti nümayiş ediləcək

Bakı, 23 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında yeni səhnə əsərlərindən olan dahi Azərbaycan bəstəkarı Qara Qarayev və Əməkdar incəsənət xadimi bəstəkar Fərəc Qarayevin musiqisi əsasında səhnələşdirilən “Qoyya” birpərdəli baleti fevralın 3-də teatrsevərlərə təqdim ediləcək.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, baletin quruluşçu xoreoqrafı Estoniyanın Əməkdar artisti, Sankt-Peterburq “Dance Opera” balet festivalın bədii rəhbəri, UNESCO yanında Beynəlxalq Rəqs Şurasının üzvü, Beynəlxalq Marius Petipa irsi fondunun prezidenti Vasili Medvedyevdir.

Tamaşanın quruluşçu rəssamı Rusiya Rəssamlıq Akademiyasının akademiki, Rusiya Rəssamlar İttifaqının üzvü Dmitri Çerbadji, libretto müəllifi türkiyəli yazıçı Yana Temiz, xormeysteri Azərbaycanın Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Səhnə əsərində əsas rolları sənət ocağının aparıcı solistləri Cəmilə Kərimova, Timur Oduşev, Makar Ferştandt və Samirə Məmmədova ifa edəcək. Xronometrajı 40 dəqiqə olan operanı Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.