DÜNYA
Qran-Kanariyada 8 min adam təxliyə edilib
Madrid, 19 avqust, AZƏRTAC
Qızmar istilər İspaniyaya məxsus Qran-Kanariya adasında yeni yanğının tüğyan etməsinə gətirib çıxarıb. Nəticədə 3400 hektardan çox ərazi yanıb külə dönüb.
AZƏRTAC xəbər verir ki, avqustun 17-də Valseko yaşayış məntəqəsi rayonunda başlayan meşə yanğını nəticəsində Qran-Kanariyanın şimalından təqribən 8 min adam təxliyə edilib. Kanar adalarının Prezidenti Anxel Viktor Torresin sözlərinə görə, regionu cənginə almış güclü istilər alovun söndürülməsi prosesini daha da çətinləşdirir. Odla mübarizəyə 700-dən çox adam və 16 təyyarə cəlb edilib.
Meşə yanğınları bu ayın əvvəlindən artıq 1500 hektar ərazini məhv edib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]