İDMAN


Qran-Pri turnirində Günay Məmmədzadə Qazaxıstan şahmatçısı ilə heç-heçə edib

Bakı, 2 iyun, AZƏRTAC

Azərbaycan şahmatçısı Günay Məmmədzadə Cəbəllütariqdə qadın şahmatçılar arasında keçirilən Qran-Pridə növbəti qarşılaşmasını keçirib.

AZƏRTAC xəbər verir ki, turnirin başa çatmasına bir tur qalmış şahmatçımız yarışın autsayderlərindən biri olan Qazaxıstan təmsilçisi Dinara Saduakassova ilə heç-heçə edib.

Şahmatçımız 9 turdan sonra 6 xalla 3-4-cü yerləri bölüşür.

Onuncu turun digər oyunlarında rusiyalı şahmatçılar Alina Kaşlinskaya gürcüstanlı Nana Dzaqnidze, Katerina Laqno Qazaxıstanın digər təmsilçisi Jansaya Abdumalik ilə heç-heçə ediblər, Valentina Qunina isə ukraynalı Mariya Muzıçuka uduzub. Ukraynanın digər təmsilçisi Anna Muzıçukun rumıniyalı İrina Bulmaqa, bolqarıstanlı Antoaneta Stefanovanın isə almaniyalı Elizabet Paets ilə qarşılaşmaları heç-heçə başa çatıb.

On bir turdan ibarət turnirə iyunun 2-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.