İDMAN


Qran-Pri turnirinin üçüncü mərhələsinin dörddəbir final yarışlarının qalibləri müəyyənləşib

Bakı, 9 iyul, AZƏRTAC

FIDE-nin təşkilatçılığı ilə keçirilən sürətli şahmat üzrə “Women's Speed Chess Championship” yarışı çərçivəsində iyulun 9-da onlayn Qran-Pri turnirinin üçüncü mərhələsinin dörddəbir final yarışları keçirilib.

AZƏRTAC xəbər verir ki, yarışda Rusiya şahmatçıları Yekaterina Laqno ukraynalı Anna Uşeninanı (7:6), Aleksandra Kostenyuk Hindistan şahmatçısı Humpi Konerunu (9:2), çinli şahmatçı Hou Yifan hindistanlı Harika Dronavallini (7:3), iranlı Sarasadat Hademalşarieh çinli Vencun Cunu (7:5) məğlub edərək yarımfinala vəsiqə qazanıblar.

Qeyd edək ki, Azərbaycan şahmatçısı Günay Məmmədzadə səkkizdəbir finalda rəqibi çinli V.Cu ilə mübarizədə uduzaraq yarışda çıxışını başa vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.