İQTİSADİYYAT
Qrant hesabına alınan mallar vergiyə cəlb edilirmi?
Bakı, 14 aprel, AZƏRTAC
Vergi Məcəlləsinin 165.1.2-ci maddəsinə əsasən, qrant müqaviləsi əsasında xaricdən alınan qrantlar hesabına malların idxalı, qrant üzrə resipiyentlərə (qrant alanlara) malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ƏDV-yə 0 faiz dərəcə ilə cəlb olunur.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, sözügedən Vergi Məcəlləsinə əsasən yalnız xaricdən alınan qrant hesabına malların idxalı ƏDV-yə 0 faiz dərəcə ilə cəlb edilir. Ölkə daxilində alınmış qrant hesabına malların idxalı isə 18 faiz dərəcə ilə ƏDV-yə cəlb olunur. Bundan başqa, əlavə alınmış qrantlar qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqanlarda qrant kimi qeydiyyata alınmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]