ELM VƏ TƏHSİL
Qrant layihə çərçivəsində keçirilən seminar velosiped idmanına həsr olunub
Bakı, 7 noyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 189-190 nömrəli tam orta məktəbdə “Veloməktəbli” qrant layihəsi çərçivəsində təlim-seminar keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, təlim-seminarı keçirməkdə əsas məqsəd məktəbliləri idmanın bu növünə həvəsləndirmək, velosiped idmanı üzrə kütləviliyin artırılmasına nail olmaqdır.
Təlim-seminarda Respublika Olimpiya Velosiped Məktəbinin və Gənc Velosipedçilər İctimai Birliyinin nümayəndələri, məşqçilər, gənc velosipedçilər, şagirdlər iştirak ediblər. Tədbirdə velosiped idmanının tarixi haqqında videoçarx nümayiş etdirilib.
Sonra nəqliyyat üzrə ekspert Ərşad Hüseynov məktəblilərə yol hərəkəti qaydaları haqqında ətraflı məlumat verib. Sonda şagirdlərin sualları cavablandırılıb.
Qeyd edək ki, “Veloməktəbli” layihəsi Təhsil Nazirliyi tərəfindən elan olunmuş təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:03]
“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib
- 28.03.2024 [16:20]
Şərqşünas alimin məqaləsi Tehranda çap olunub
- 28.03.2024 [16:05]
Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
- 28.03.2024 [15:49]
BDU-da 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub
- 28.03.2024 [15:29]