İQTİSADİYYAT


Qrant müsabiqəsinin qalibləri müəyyən edilib

Bakı, 12 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə keçirdiyi qrant müsabiqəsinin qalibləri müəyyən edilib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, agentlik ilə birgə keçirilən qrant müsabiqəsinə qeyri-hökumət təşkilatları tərəfindən təqdim edilmiş layihələrdən 7-si qalib elan olunub. Bu layihələr əlilliyi olan şəxslərin və digər həssas sosial qrupların davamlı iqtisadi inkişafının təmin edilməsində sahibkar kimi rolunun artırılması və bu sahədə mövcud problemlərin həllinə zəmin yaradılması, sahibkar qadınların məhsullarının internet üzrə satışa çıxışını asanlaşdırmaq üçün kompüter bacarıqlarının inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya riskləri və onların idarə edilməsi, regionda KOB-ların iqtisadi biliklərinin artırılması və təkmilləşdirilməsi, COVID-19 pandemiyasından zərərçəkmiş qadın sahibkarlar üçün “Biznesin təkmilləşdirilməsi” üzrə təlimlərin, “Texnologiyada qadın hərəkatı” mövzusunda treninqlərin və “Azərbaycanda davamlı iqtisadi inkişafın təmin edilməsində sahibkarların rolu” mövzusunda onlayn seminarların təşkili ilə bağlıdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin və KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədovun qrant müsabiqəsinin qalibləri ilə keçirdiyi onlayn görüşdə qeyd edilib ki, ixtisaslaşmış dövlət qurumlarının Şuranın qrant müsabiqələrində tərəfdaş qismində çıxış etməsi QHT-lərlə dövlət orqanları arasında əlaqələrin genişlənməsində, QHT-hökumət münasibətlərinin inkişafında, şəffaflığın təmin olunmasında əhəmiyyətlidir. Şura tərəfindən iyunun 2-22-də QHT-lər arasında 7 qrant müsabiqəsi elan olunub. Qrant müsabiqələrindən 4-ü müxtəlif dövlət qurumları, o cümlədən KOBİA ilə birgə keçirilib. KOBİA ilə birgə təşkil olunmuş müsabiqəyə 12 QHT tərəfindən layihələr təqdim edilib ki, bu layihələrdən 7-si qalib elan olunub.

Onlayn görüşdə QHT rəhbərləri layihələri haqqında məlumat verib, layihələrin effektiv şəkildə icrası üçün çalışacaqlarını bildiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.