MƏDƏNİYYƏT


“Qremmi” mükafatı üzrə ilin mahnısı seçilib

Bakı, 11 fevral, AZƏRTAC

ABŞ-ın Los-Anceles şəhərində 61-ci “Qremmi” mükafatının təqdimetmə mərasimi keçirilib.

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, ABŞ-ın “CBS” telekanalında canlı yayımlanan mərasimdə “This is America” bəstəsi “İlin mahnısı” nominasiyasında “Qremmi” mükafatına layiq görülüb. Mahnı “Childish Gambino” kimi tanınan amerikalı Donald Qlover tərəfindən ifa olunur. Bu nominasiyada mükafat kompozisiya müəllifinə də təqdim olunur. Bu, Donald Qloverlə yanaşı, isveçli bəstəkar Lüdviq Qörensen və daha çox Yanq Taq kimi tanınan amerikalı Ceffri Lamar Uilyamsdır.

Mükafatın “Ən yaxşı albom” nominasiyasının qalibi amerikalı Keysi Masqreyvs olub. O, bu mükafatı “Golden Hour” albomuna görə qazanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.