MƏDƏNİYYƏT


“Qremmi” mükafatında yeniliklər

Bakı, 29 iyun, AZƏRTAC

Musiqi dünyasının nüfuzlu “Qremmi” mükafatında xeyli yenilik olacaq.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, 2019-cu ildə keçiriləcək 61-ci “Qremmi” mükafatının dörd kateqoriyasına namizədlərin sayı beşdən səkkizə artırılıb.

Qadın sənət adamlarına daha az mükafat verildiyi iddia edilərək tənqid olunan “Qremmi”yə bundan sonra daha çox qadının namizəd ola biləcəyi düşünülür. Mükafatda dəyişiklik “Ən yaxşı albom”, “Ən yaxşı səs yazısı”, “İlin mahnısı” və “Ən yaxşı musiqiçi” kateqoriyalarını əhatə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.