MƏDƏNİYYƏT
“Qremmi” musiqi mükafatına yeni nominasiyalar əlavə edilib
Bakı, 10 iyun, AZƏRTAC
“Qremmi” Musiqi Mükafatlarının Təşkilat Komitəsi beş yeni nominasiya əlavə edib. Bu barədə Milli Səsyazma Sənəti və Elmləri Akademiyasının rəsmi saytında məlumat verilib.
AZƏRTAC kulturomania.ru saytına istinadla xəbər verir ki, “Ən yaxşı oyun saundtreki”, “Ən yaxşı bəstəkar”, “Ən yaxşı spoken word janrı”, “Ən yaxşı alternativ ifa” və “Ən yaxşı amerikana janrı” nominasiyalarında ilk qaliblər 2023-cü ildə mükafatlandırılacaqlar.
Həmçinin “Qremmi”də “İctimai hadisələr üçün yazılan ən yaxşı mahnı” xüsusi mükafatı da olacaq. “Biz musiqi yaradıcılarını yeni təsis edilmiş mükafatlar və düzəlişlərlə təltif etməkdən məmnunuq”, - “Qremmi”nin bəyanatında deyilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]