MƏDƏNİYYƏT
Qreys Fu: Sinqapur mədəni irs, onun qorunub saxlanması sahəsində Azərbaycan təcrübəsini öyrənməkdə maraqlıdır
Paris, 21 noyabr, AZƏRTAC
Sinqapur elm, təhsil və mədəniyyət sahələrində Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək istəyir. Azərbaycanın bu sahələrdə təcrübəsini öyrənməkdə maraqlıyıq. Bu sahələrdə əlaqələrin inkişaf etdirilməsinə ehtiyac var.
Bu fikri AZƏRTAC-a müsahibəsində Parisdə UNESKO-nun Baş Konfransının 40-cı sessiyası çərçivəsində Sinqapurun Mədəniyyət, İcmalar və Gənclər naziri Qreys Fu söyləyib.
Ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi uğurlara, UNESKO ilə əlaqələrinə toxunaraq, Sinqapurun Azərbaycanla mədəniyyət sahəsində geniş əməkdaşlıq etmək istəyini vurğulayıb.
“Azərbaycanın mədəniyyətlərarası dialoq, mədəni irsin qorunması sahəsində, eləcə də beynəlxalq tədbirlərin təşkilində zəngin təcrübəsi var. Sinqapur mədəni irs, onun qorunub saxlanması istiqamətlərində Azərbaycan təcrübəsini öyrənməkdə maraqlıdır. Düşünürəm ki, UNESKO çərçivəsində də əlaqələrimizi genişləndirməliyik”,- deyə Qreys Fu vurğulayıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris