ELM VƏ TƏHSİL


Qrid hesablamaları şəbəkələrinə dair tədqiqatlar aparılır

Bakı,13 dekabr, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunda qrid hesablamaları şəbəkələrinə dair tədqiqatlar aparılır.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədqiqat zamanı müxtəlif qrid sistemləri resurslarının monitorinqi sistemləri analiz edilib.

Qrid hesablama internet üzərindən hesablama gücünü və yaddaş resursunu paylaşan sistemlər toplusudur. Qrid tətbiqləri adətən böyük həcmdə məlumat və yaxud hesablamaları əhatə edir.

Superkompüterlərin hesablama gücünün artmasına baxmayaraq, onların köməyilə həll edilə bilməyən bir çox mürəkkəb və resurs tutumlu məsələlər mövcuddur. Bu problem çoxlu sayda coğrafi paylanmış resurslardan istifadə etməklə həll oluna bilər. Bu resursları birləşdirmək üçün qrid hesablama sistemindən istifadə olunur.

Cari problemlərin qarşısını almaq üçün həm real vaxt rejimində məlumatların, həm də hesablama sisteminin məhsuldarlığı və davranışının proqnozlaşdırması üçün məlumatların analizi dəstəklənməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.