CƏMİYYƏT


Qrip əleyhinə universal vaksinin yaradılması istiqamətində daha bir addım atılıb

Bakı, 20 fevral, AZƏRTAC

Alimlər insanın hətta peyvənddən sonrakı immun sistemindən fərqli olaraq, virusun hər hansı ştammına reaksiya verə biləcək hüceyrələr aşkarlayıblar. Bu kəşf hər il yenilənməyə ehtiyacın olmadığı vaksinin işlənib hazırlanmasını bir addım da yaxınlaşdırır.

Qrip virusları daim dəyişdiyindən, alimlər və həkimlər hər mövsümqabağı vaksinləri yeniləməyə, onlara hansı ştammları daxil etməyi fikirləşməyə məcburdurlar. “Telegraph” bu barədə yazır ki, avstraliyalı tədqiqatçılar geniş yayılan və təhlükəli olan xəstəliyə qarşı universal vaksini yaratmağa imkan verən mexanizm aşkarlayıblar.

AZƏRTAC xəbər verir ki, Piter Doerti adına İnfektologiya və İmmunitet İnstitutunu və Monaş Universitetini təmsil edən mütəxəssislər komandası insanları yoluxdurmaq qabiliyyətinə malik qripin bütün ştammları üçün səciyyəvi olan zülali qişalar sahəsini müəyyənləşdirib. Virusun az öyrənilmiş müxtəlif növlərinə xüsusi diqqət ayrılıb. Bu növlər tez-tez epidemiya əmələ gətirməsələr də, xüsusən uşaqlar üçün ölüm təhlükəsi daşıyır.

Sonra alimlər bu sahələrə reaksiya verən immun hüceyrələrini axtarmağa başlayıblar və bu hüceyrələrin T-killerlər olduğu müşahidə edilib.

Siçanlar və insanın ağciyərlərinin hüceyrələri üzərində aparılan eksperimentlər təsdiq edib ki, hüceyrələr virusun universal fraqmentinin iştirakı zamanı fəallaşır və növbəti zədələnmələrdə müdafiəni təmin edirlər.

Tədqiqatçılar hesab edirlər ki, bu kəşf qripin bütün ştammlarından birdəfəlik və uzunmüddətli müdafiəni təmin edən vaksinin işlənib hazırlanmasına imkan yaradacaqdır.

Daha əvvəl britaniyalı tədqiqatçılar hər hansı qrip epidemiyasının qarşısını ala biləcək üsulun işlənib hazırlanması barədə bildirmişdilər. Söhbət virusun müdafiə zülallarına təsir edən dərmandan gedir. Oksforddan olan tədqiqatçılar isə qrip təkamülünün riyazi modellərindən istifadə edərək, universal vaksin yaratmağa cəhd göstərirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.