MƏDƏNİYYƏT


Qriqori Leps: "Jara-2017"də üç gündür çox maraqlı duetlər təqdim edilir

Bakı, 30 iyul, AZƏRTAC

"Jara-2017"də üç gündür çox maraqlı duetlər təqdim edilir. Festivalın təşkilindən razıyam.

AZƏRTAC xəbər verir ki, "Jara-2017" Beynəlxalq Musiqi Festivalının təşkilatçısı və iştirakçısı, Rusiyanın Əməkdar Artisti Qriqori Leps iyulun 30-da qırmızı xalı üzərindən keçərkən fikirlərini belə ifadə edib.

Qeyd edək ki, bir qədər əvvəl festivalın dördüncü gününün iştirakçılarının qırmızı xalı üzərindən ənənəvi keçidi başlayıb. Onlar jurnalistlərin suallarını cavablandırır, festivalla bağlı təəssüratlarını bölüşürlər.

"Jara-2017"nin dördüncü – sonuncu günü Qriqori Lepsin yaradıcılığına həsr edilib.

Qırmızı xalıda Yuliya Lısenko və Slava Nikitin aparıcılıq edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.