CƏMİYYƏT


Qrız, Şahdağ və Xınalıqda qar yağıb

Bakı, 5 may, AZƏRTAC

Milli Hidrometeorologiya Xidmətinin mayın 5-i saat 18:00-a verdiyi məlumata əsasən, Şərur, Şahbuz, Gədəbəy, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağdam, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Xaçmaz, Quba, Qusar, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Hacıqabul, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsu, Kişçay (Şəki), Sarıbaş (Qax), Şabran, Nabran, Sumqayıt, Bakı, Maştağa, Binə, Çilov adasında yağış, Qrız, Xınalıq (hər ikisi Quba), Şahdağda (Qusar) qar yağıb.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, şimal-qərb küləyi əsib, arabir Naftalanda 27, Neftçala, Biləsuvarda 20, Şəmkirdə 17, Bakıda 34, Maştağada 32, Qum adasında 28, Çilov adasında 26, Neft Daşları, Pirallahıda 25, Sumqayıtda 24 metr/saniyəyədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 4.5 metrə çatıb.

Ölkə ərazisində müşahidə olunan güclü külək gecə tədricən zəifləyəcək. Mayın 6-sı gündüz havanın nisbətən sabit olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.