İQTİSADİYYAT


Qroznıdan Bakıya müntəzəm aviareyslər açılacaq

Moskva, 9 aprel, AZƏRTAC

Rusiyanın “Utair” aviaşirkəti Qroznıdan Bakıya müntəzəm reyslər həyata keçirəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Çeçenistan Respublikasının nəqliyyat və rabitə naziri Ramzan Çerxiqov məlumat verib. Onun sözlərinə görə, reyslər bu ilin mayından açılacaq. Artıq “Utair” Rusiya Hava Nəqliyyatı Agentliyinə müraciət edib.

Nazir, həmçinin bildirib ki, BƏƏ, Misir və Yerevana da uçuşların bərpası ilə bağlı danışıqlar aparılır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.