İQTİSADİYYAT


Qroznıdan Bakıya yeni aviareyslər açılacaq

Moskva, 9 aprel, AZƏRTAC

Bu ilin mayında Qroznıdan Bakıya yeni aviareyslər açılacaq.

AZƏRTAC Çeçen Respublikası hökumətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu “Vaynaxavia” şirkətinin baş direktoru Sultan Qambulatov bəyan edib. Onun sözlərinə görə, aprelin 19-da Qroznı və Şarca (BƏƏ) arasında müntəzəm aviareyslər bərpa olunacaq. Bu aviareysləri “Air Arabia” şirkəti həftədə iki dəfə həyata keçirəcək. O, həmçinin vurğulayıb ki, may ayında Qroznıdan Antalya və Bakıya yeni beynəlxalq aviareyslər açılacaq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.