İDMAN


Qrup hərəkətləri komandamızın dünya kuboku yarışlarında 5 topla çıxışı uğurlu alınıb

Bakı, 7 may, AZƏRTAC

Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarında qrup hərəkətləri komandaları mübarizə aparırlar.

AZƏRTAC xəbər verir ki, qrup hərəkətləri komandaları 5 topla proqramlarını təqdim edirlər.

Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamızın çıxışı hakimlər tərəfindən 43 xalla qiymətləndirilib. Komandamız hazırda birinci pillədə qərarlaşıb.

Mayın 9-dək davam edəcək kubok yarışları "Tokio-2020" Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır.

Qeydiyyat siyahısına əsasən, kubok yarışlarında 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla 167 gimnast iştirak edir.

Ənənəyə uyğun olaraq, kubok yarışlarında ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.