REGİONLAR


Quba “ASAN həyat” Kompleksində möhtəşəm bayram konserti

Quba, 25 avqust, Elxan Yusifli, AZƏRTAC

Avqustun 25-də Quba “ASAN həyat” kompleksində Qurban bayramı münasibətilə təşkil olunan bayram konsertində böyük coşqu yaşanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “ASAN xidmət” və “ASAN Radio”nun birgə təşkilatçılığı ilə keçirilən konsertdə səhnəyə çıxan tanınmış incəsənət nümayəndələri ifa etdikləri mahnılarla sakinlərə əsl bayram ab-havası bəxş ediblər.

DJ-lərin ifası konsertə xüsusi rəng qatıb.

Konsertə baxmağa gələn qonaqlar üçün Quba “ASAN həyat” kompleksinin ictimai iaşə obyektlərinin xidmətlərindən faydalanmaq imkanı da yaradılıb. Vətəndaşlar istirahət və əyləncə imkanlarından istifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.