REGİONLAR
Quba Alma bayramına hazırlaşır
Quba, 25 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Qubada ənənəvi Alma bayramına hazırlıq işlərinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il Alma bayramı oktyabr ayında şəhərin Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunacaq. Bayramın hansı gündə keçiriləcəyi barədə əlavə məlumat veriləcək.
2012-ci ildən etibarən ənənəvi olaraq hər il keçirilən Alma bayramına xarici ölkə nümayəndələri, respublikamızdan kənarda yaşayan qubalı iş adamları, görkəmli elm və mədəniyyət xadimləri qatılacaqlar.
Alma bayramında adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər nümayiş etdiriləcək. Tədbir çərçivəsində qonaqlara rayonda yaşayan azsaylı xalqların mətbəxlərini və həyat tərzi əks olunacaq.
Bayram çərçivəsində ən böyük alma və digər nominasiyalar üzrə qaliblər mükafatlandırılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]