Quba-Bakı yolunun kənarında 500-ə yaxın ağac əkilib
AzerTAg.az
Quba, 29 mart, Elxan Yusifli, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Qubada keçirilən ekoloji aksiyada 500-ə yaxın ağac tingi əkilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində təşkil edilən aksiya zamanı Quba-Bakı magistral avtomobil yolunun kənarında əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.
Quba Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən aksiyasının məqsədi ətraf mühitin qorunmasına və ekoloji mühitin sağlamlaşdırılmasına töhfə verməkdir.
Aksiyada rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbər və əməkdaşları, ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri, şəhid ailələri, qazilər və könüllülər fəal iştirak ediblər.





Xəbərin mətnində orfoqrafik səhv var