İDMAN


“Quba Open” beynəlxalq şahmat turnirinə start verilib

Bakı, 8 fevral, AZƏRTAC

Qubada ilk dəfə “Quba Open” beynəlxalq şahmat turnirinə start verilib.

Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a bildiriblər ki, birinci turdan əvvəl Türkiyədə baş verən zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Doqquz turdan ibarət yarışda Azərbaycan, Rusiya və Qazaxıstandan ümumilikdə 110 şahmatçı iştirak edir.

Turnirin əsas yarışında 66, U-12 kateqoriyasında isə 44 şahmatçı mübarizə aparır.

Yarışa fevralın 13-də yekun vurulacaq.

Qeyd edək ki, Qüdrət İsmayılovun baş hakimi olduğu yarışın ümumi mükafat fondu 5 min 950 manat təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.