CƏMİYYƏT


Quba-Qusar avtomobil yolunun kənarında ağacların kəsilməsi faktı aşkarlanıb

Bakı, 28 mart, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Quba-Qusar avtomobil yolunun kənarında ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. Nazirliyin əməkdaşları şikayəti yerində araşdırıblar.

ETSN-in Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev AZƏRTAC-a bildirib ki, araşdırma zamanı Quba rayonunun Xucbala kəndi ərazisində Qusar rayon sakini Səidə Əsgərovaya məxsus torpaq sahəsində müxtəlifcinsli ağacların kəsildiyi və təbiətə 18 min 600 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunauyğun tədbirlərin görülməsi üçün sənədlər hüquq-mühafizə orqanlarına göndəriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.