REGİONLAR
Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazisinə güclü qar yağıb VİDEO
Quba, 19 fevral, Elxan Yusifli, AZƏRTAC
Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazisinə güclü qar yağıb.
Quba Regional Hidrometeorologiya Müəssisəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ən çox yağıntı Qubanın Xınalıq kəndinə düşüb. Burada qarın hündürlüyü 43 santimetrə çatıb.
Bundan başqa, Qubanın Qırız kəndində (40 sm), Qonaqkənddə (20 sm), Qusarın Ləzə kəndində (31 sm) və Xızının Altıağac qəsəbəsində (16 sm) də yağıntının miqdarı çox olub. Quba və Qusarın mərkəzinə isə 3-4 santimetr qar yağıb.
Qarın yağması ilə əlaqədar şimal bölgəsində hava soyuyub, dağlıq ərazilərdə gecə saatlarında temperatur mənfi 2-7 dərəcəyədək aşağı düşüb. Ən aşağı temperatur Qubanın Qırız və Xınalıq kəndlərində qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]
Ali Məclisin komitə iclasında Nazirlər Kabinetinin hesabatı təqdim edilib
- 23.04.2024 [10:46]
“Chevrolet”lə “Tofaş” toqquşdu - 2 ölü, 2 yaralı
- 23.04.2024 [10:18]