REGİONLAR


Quba, Qusar və Xızı rayonlarının ərazisinə yağan qarın qalınlığı 10 santimetrdən çoxdur VİDEO

Quba, 10 yanvar, Elxan Yusifli, AZƏRTAC 

Yanvarın 9-u gecə saatlarından Azərbaycanın şimal rayonlarına qar yağmağa başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dağlıq ərazilərdə temperatur mənfi 9 dərəcəyədək düşüb.

Quba, Qusar və Xızı rayonlarının dağlıq ərazilərində qarın qalınlığı 10 santimetrdən çoxdur. Ən çox yağıntı Qubanın Qırız, Xınalıq kəndlərində və Xızının Altıağac qəsəbəsində qeydə alınıb. Qırız kəndində qarın hündürlüyü 12, Xınalıqda 8, Altıağacda isə 7 santimetrdir.

Quba və Qusarın rayon mərkəzində qarın hündürlüyü 10 santimetrə çatır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.