CƏMİYYƏT


Quba, Siyəzən və Şabranda meşəətrafı ərazilərdə baş verən yanğının söndürülməsinə iki helikopter cəlb olunub

Bakı, 28 iyul, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonunun Qonaqkənd və İsnov, Siyəzən rayonunun Ərziküş və Köhnə Quşçu, Şabran rayonunun Zöhrabkənd kəndləri yaxınlığında meşəətrafı ərazilərdə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon İcra Hakimiyyətlərinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər yanğınsöndürmə işlərinə cəlb olunub. İlkin məlumata görə, Quba rayonu ərazisində yanğınlar məhdudlaşdırılıb. Yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Yanğınsöndürmə işləri mürəkkəb reylefli yüksək dağ massivində aparılır. Əlavə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.