REGİONLAR


Quba Soyqırımı Memorial Kompleksi və BDU-nin Tarix fakültəsi əməkdaşlıq edəcək

Quba, 12 may, Elxan Yusifli, AZƏRTAC

Gələcək təbliğat və təşviqat işlərinə yeni baxış strategiyasına əsasən, soyqırımı həqiqətlərini dünyaya çatdırmağı qarşısına məqsəd qoyan Quba Soyqırımı Memorial Kompleksi ali təhsil müəssisələri ilə davamlı olaraq əməkdaşlıq edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba Soyqırımı Memorial Kompleksi və Bakı Dövlət Universitetinin Tarix fakültəsi arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandumda hər iki qurum arasında daha sıx əməkdaşlığın qurulması, beynəlxalq və respublika əhəmiyyətli simpozium, konfrans və bu kimi tədbirlərin keçirilməsi, elm və mədəniyyət sahəsində mübadilə, yay məktəblərinin təşkili, KİV və sosial şəbəkə platformasında birgə təbliğat işinin aparılması prioritet istiqamətlər kimi müəyyənləşdirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.