REGİONLAR


Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşları Gəncədə raket hücumuna məruz qalan ərazini ziyarət ediblər

Quba, 17 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Oktyabrın 17-də Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşları Gəncə şəhərində raket hücumuna məruz qalaraq dağılmış ərazini ziyarət ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kompleksin əməkdaşları terror hadisəsi qurbanlarının, eləcə də Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan şəhidlərimizin xatirələrini ehtiramla anıblar.

Ziyarətçilərin diqqətinə çatdırılıb ki, 2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində Ermənistan növbəti dəfə Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə, mülki əhalinin sıx yaşadığı məhəlləyə - Aida İmanquliyeva və Samir Xasıyev küçələrinə SCUD/Elbrus ballistik raketi ilə hücum edib. Nəticədə 15 dinc sakin həlak olub, 55-dən çox insan yaralanıb.

Azərbaycanın ikinci böyük şəhəri Gəncə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. Aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 175 nəfər isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.