REGİONLAR


Quba-Xaçmaz regionundakı ictimai iaşə obyektlərinin xidmət heyəti təlimlərə cəlb olunub VİDEO

Quba, 29 yanvar, Elxan Yusifli, AZƏRTAC 

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) Quba şəhərində ictimai iaşə obyektlərində inzibatçı və digər xidmət heyətinin bilik və təcrübələrinin artırılması məqsədilə təlim təşkil edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi müsabiqənin qalibi olan “Regionlarda ictimai iaşə obyektlərində xidmət keyfiyyətinin yüksəldilməsi” layihəsi çərçivəsində keçirilən təlimdə Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonları üzrə restoran inzibatçıları iştirak edib.

Təlimi Böyük Britaniya, Rusiya, Tailand, Qətər və digər ölkələrdə treninqlərdə iştirak etmiş beynəlxalq sertifikatlı təlimçi Emin Novruzov aparıb.

İştirakçılara ictimai iaşə obyektlərində xidmətin təşkili, xidmət standartları və etiketləri, müştərilərlə davranış qaydaları, masa düzülüşü, gigiyena və sanitariya qaydaları, geyim tərzi, xarici görünüşə olan tələblər və digər mövzularda məlumat verilib.

İkigünlük təlimin iştirakçıları qazandıqları bilikləri həm də praktik məşğələlərdə nümayiş etdiriblər.

İştirakçılara müxtəlif maarifləndirici materiallar və sertifikatlar təqdim olunub.

Təlimin digər turizm bölgələrində də təşkili nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.