REGİONLAR
Quba-Xınalıq yolu qar uçqunu səbəbindən bağlanıb VİDEO
Quba, 23 fevral, Elxan Yusifli, AZƏRTAC
Fevralın 22-si gecə saatlarında baş verən qar uçqunu səbəbindən Quba-Xınalıq yolu bağlanıb. Bu səbəbdən həmin istiqamətdə 6 kəndlə nəqliyyat əlaqəsi kəsilib.
Qubadakı 6 saylı yol istismar idarəsinin rəisi Aydəmir Manafov AZƏRTAC-a müsahibəsində bildirib ki, qar uçqunu Quba-Xınalıq yolunun 35-ci kilometrliyində qeydə alınıb. Bu ərazidə uçqun nəticəsində yola tökülən qar təbəqəsinin hündürlüyü 28 metrə çatır.
Aydəmir Manafov qeyd edib ki, gecə saatlarından yolun qardan təmizlənməsinə başlanılıb. Hazırda yolun rayon mərkəzindən uçqunun qeydə alındığı 35-ci kilometrliyədək olan hissəsi qardan təmizlənib və avtomobillərin hərəkəti təmin olunub.
Quba-Xınalıq yolunun günün sonuna kimi avtomobillərin hərəkəti üçün açılması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]
Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib
- 19.04.2024 [15:06]