REGİONLAR


Quba-Xınalıq yolunda “Mercedes” markalı maşın dərəyə aşıb

Quba, 13 aprel, Elxan Yusifli, AZƏRTAC

Quba-Xınalıq yolunda “Mercedes” markalı maşın dərəyə aşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə gecə saatlarında yolun 29-cu kilometrliyində qeydə alınıb.

Qəza nəticəsində avtomobilin sürücüsü, Bakı şəhər sakini 1995-ci il təvəllüdlü İbrahim Babayev qapalı kəllə beyin travması ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.