REGİONLAR


Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti bərpa olunub VİDEO

Quba, 11 aprel, Elxan Yusifli, AZƏRTAC

Aprelin 11-də dağlardan qopan böyük qaya parçalarının yolun hərəkət hissəsinə düşməsi nəticəsində bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti bərpa olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumunun əməkdaşları xüsusi texnika vasitəsilə qaya parçalarını yoldan kənarlaşdırıblar. Hazırda Xınalıq və əks istiqamətdə avtomobillərin hərəkətində heç bir maneə yoxdur.

Təbiət hadisəsi bu gün saat 15:50 radələrində yolun 36-cı kilometrliyində baş verib. Dağ yamacından qaya parçalarının aşağıya doğru hərəkəti davam etdiyindən bir müddət texnika ilə əraziyə yaxınlaşmaq mümkün olmayıb. Yalnız ərazidə sürüşmə sabitləşəndən sonra yolun hərəkət hissəsi qaya parçalarından təmizlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.