CƏMİYYƏT


Quba gəncləri də “Könüllü qonaq” təşəbbüsünə qoşulublar

Bakı, 22 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan olunmasından ilhamlanan Azərbaycan gənclərinin həyata keçirdiyi “Könüllü qonaq” təşəbbüsünə Quba gəncləri də qoşulublar.

Gənclərin İnkişaf və Karyera Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, xüsusi qayğıya ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkən gənclər təmizlik işləri aparıb, evlərdə, həyətlərdə və bağlarda səliqə-səhman yaradıblar. Gənclər ev sahibləri ilə xoş və maraqlı vaxt keçiriblər. Onlar digər şəhər və kəndlərdə yaşayan gəncləri də bu nəcib təşəbbüsə (#könüllüqonaq) qoşulmağa çağırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.