REGİONLAR


Quba məktəblisi: Vətəni sevmək üçün onu görmək və tanımaq vacibdir

Şəki, 19 noyabr, Mustafa Dadaşov, AZƏRTAC 

Tur-aksiya gənclərimizin gələcəyi üçün çox uğurlu bir layihədir. Bu ekskursiya bizə ölkəmizin səfalı guşələrini, füsunkar təbiətini öz gözlərimizlə görmək, gözəl şəhərlərimizi, orada yaşayan əhalinin yaşayış və məişət tərzini öyrənmək, tarixi abidələrimizlə, muzeylərlə yaxından tanış olmaq imkanı yaradıb. Bu aksiya bizə Vətənimizi necə sevməyi öyrətdi. Vətəni sevmək üçün isə onu görmək və tanımaq vacibdir.

Bu sözləri “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyanın iştirakçısı, Quba məktəblisi Abdulcəlil Ağasiyev Şəkidə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.

Tur-aksiyanın iştirakçısı gənclərin hərtərəfli yetişməsində, dünyagörüşlərinin zənginləşməsində belə layihələrin əhəmiyyətini yüksək qiymətləndirib, onlara yaradılan bu şəraitə görə gənclər adından dövlətimizin başçısına minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.