CƏMİYYƏT


Quba rayon sakinindən silah aşkarlanaraq götürülüb

Bakı, 15 fevral, AZƏRTAC

Quba rayon sakinindən qanunsuz saxladığı silah aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinə bir nəfərin üzərində qanunsuz odlu silah olması barədə məlumat daxil olub.

Əməliyyat tədbiri nəticəsində rayonunun Muğam qəsəbəsində yaşayan Quba rayon sakini İslam Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan müvafiq sənədləri olmayan, qanunsuz saxladığı “Tula” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.