CƏMİYYƏT


Quba rayon sakininin yaşadığı evdən silah-sursat aşkar edilərək götürülüb

Bakı, 17 may, AZƏRTAC

Quba rayonunun Dağlı kənd sakini Q.Əliməmmədovun yaşadığı evdən silah-sursat aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon polis şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Əliməmmədovun yaşadığı evdə axtarış aparıblar. Axtarış zamanı evdən 3 ədəd “TOZ”, “Karabin” və “İJ” markalı tüfənglər, 1 patrondaş, 54 patron, eləcə də patron hazırlamaq üçün qırma, barıt və alətlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.