ELM VƏ TƏHSİL
Quba rayonunda 3 modul tipli məktəb quraşdırılacaq
Bakı, 8 avqust, AZƏRTAC
Quba rayonunun Kardaş kəndində 40, Ördüc kəndində 20 şagird yerlik modul tipli ibtidai, Muçu kəndində isə 80 şagird yerlik modul tipli ümumi orta məktəb quraşdırılacaq.
AZƏRTAC xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” Sərəncamında əksini tapıb.
Qeyd edək ki, məktəblərin quraşdırılması üçün ümumilikdə 819 min manat nəzərdə tutulur.
Xatırladaq ki, respublika ərazisində 26 modul tipli məktəbin quraşdırılması məqsədilə Təhsil Nazirliyinə 7 milyon manat ayrılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]