CƏMİYYƏT


Quba rayonunda müxtəlif meşə materiallarından hazırlanmış üç min yeşik aşkarlanıb

Bakı, 21 sentyabr, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Quba rayonunda növbəti reyd keçiriblər.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, reyd zamanı rayonun Vladimirovka kəndi ərazisində fəaliyyət göstərən ağac emalı sexində 2,35 kubmetr həcmində müxtəlifcinsli girdə içlik material və meşə materialından hazırlanmış 3000 yeşik aşkarlanıb.

Faktla bağlı sexin sahibi Fətulla Fətullayev barəsində akt tərtib olunub və ona 1903,18 manat məbləğində ziyan tətbiq edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.