ELM VƏ TƏHSİL


Quba rayonunda təhsilverənlərin sertifikatlaşdırılması ilə əlaqədar görüş keçirilib

Bakı, 10 avqust, AZƏRTAC

Quba rayonunda təhsilverənlərin sertifikatlaşdırılması ilə əlaqədar ibtidai sinif müəllimləri ilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, görüşdə Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva sertifikasiyanın qiymətləndirmə çərçivəsini şərh edib, imtahanın məzmunu və təşkili qaydaları ilə bağlı ətraflı məlumat verib. O, sertifikatlaşdırma prosesinin təhsilin keyfiyyət göstəricilərinə, təhsilverənlərin karyera inkişafına müsbət təsirləri barədə danışıb.

Tədbirdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Qələmşah Dostuyev, Qusar rayonu üzrə təhsil sektorunun müdiri Nairə Kliçova, Quba rayonu üzrə təhsil sektorunun müdiri Pərviz Nurməmmədov, həmçinin Quba və Qusar rayonlarının ümumtəhsil müəssisələrinin ibtidai sinif müəllimləri iştirak ediblər.

Görüş müzakirə və sual-cavab formatında davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.