REGİONLAR


Quba rayonunun Zərqova bələdiyyəsi ərazisində başlayan yanğın söndürülüb VİDEO

Bakı, 20 avqust, AZƏRTAC 

Quba rayonunun Zərqova bələdiyyəsi ərazisində başlayan yanğın söndürülüb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə yanğınla əlaqədar yaradılan qərargahın rəhbəri, Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Xanlar Heybətov bildirib.

Təxminən 30 hektara yaxın ərazini əhatə edən yanğın nəticəsində əsasən quru ot və kol-kos yanıb. Alovun meşə ərazisinə keçməsinin qarşısı alınıb.

Xanlar Heybətov qeyd edib ki, yanğın çətin relyefli, dağlıq ərazidə baş verdiyindən yanğınsöndürən texnikaların köməyindən istifadə etmək mümkün olmayıb. Alovun söndürülməsinə Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Bununla yanaşı, yerli icra qurumlarının, hüquq-mühafizə orqanlarının nümayəndələri də yanğının söndürülməsində yaxından iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.