REGİONLAR
Quba sakini Yunus Kazımov 100 yaşını qeyd edir
Quba, 11 may, Elxan Yusifli, AZƏRTAC
Quba rayonunun Xanəgah kənd sakini Kazımov Yunus Məmmədağa oğlunun 100 yaşı tamam olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev İkinci Dünya müharibəsi veteranı Yunus Kazımovu evində ziyarət edib, ona yubiley münasibətilə hədiyyələr təqdim olunub.
Görüşdə bildirilib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm tədbirlər hesabına müharibə veteranlarının sosial müdafiəsi daha da yaxşılaşır. Hər il dövlətimizin başçısının Sərəncamı ilə 1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin ailələrinə, arxa cəbhədə fədakar əməyə görə orden və medallarla təltif olunmuş şəxslərə birdəfəlik maddi yardım verilir.
Yunus Kazımov müharibədəki xatirələrini bölüşüb, xalqımıza sülh və əmin-amanlıq arzulayıb.