REGİONLAR
Quba sakininə bıçaqla xəsarət yetirən keçmiş məhkum saxlanılıb VİDEO
Quba, 13 yanvar, Elxan Yusifli, AZƏRTAC
Quba sakininə bıçaqla xəsarət yetirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayonun Digah kənd sakini Coşqun Həsənbəyovun bıçaq xəsarətlilə Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkənə xəsarət yetirən Bakı şəhər sakini, əvvəllər narkotik maddələrin satışı ilə məşğul olduğu üçün həbs olunmuş 44 yaşlı Rəşad Aydəmirov saxlanılıb. O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, C.Həsənbəyova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.
Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.