REGİONLAR


Quba sakininin avtomobilini qaçıran şəxs dövlət sərhədində saxlanılıb VİDEO

Quba, 21 oktyabr, Elxan Yusifli, AZƏRTAC 

Quba rayonu Püstəqasım kənd sakini Niyazi Abdullayev Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək, ona məxsus “VAZ-21011” markalı avtomobilin qaçırıldığı barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, müraciətlə əlaqədar dərhal RPŞ-də araşdırmalara başlanılıb və nəqliyyat vasitəsinin Sumqayıt şəhər sakini, 38 yaşlı Elnur Nöhbalayev tərəfindən qanunsuz olaraq ələ keçirildiyi müəyyən edilib. E.Nöhbalayev əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 20 ilə yaxın müddətə həbs olunub.

Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində E.Nöhbalayev Qazax rayonu ərazisində dövlət sərhədini keçmək istəyən zaman saxlanılaraq Quba RPŞ-nə gətirilib.

Dindirilmə zamanı cinayətkar şəxs törətdiyi əməlini etiraf edərək, ələ keçirdiyi nəqliyyat vasitəsini Siyəzən rayonu ərazisində gizlətdiyini bildirib. Polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib və nəqliyyat vasitəsi tapılaraq sahibinə təhvil verilib.

Faktla bağlı Quba RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxsin başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.