REGİONLAR
Quba şəhərində 100 yerlik yeni körpələr evi-uşaq bağçası tikilib VİDEO
Quba, 2 avqust, Elxan Yusifli, AZƏRTAC
Quba şəhərində 100 yerlik yeni körpələr evi-uşaq bağçası tikilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda binada son tamamlama və tərtibat işləri həyata keçirilir. Bağçanın sentyabr ayınadək istifadəyə verilməsi nəzərdə tutulub.
Bu ilin yanvar ayından tikintisinə başlanılan ikimərtəbəli bağçanın ümumi sahəsi 1560 kvadratmetrdir.
Balacaların zövqünə uyğun qurulan uşaq bağçası, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin etmək üçün bütün lazımi inventarla təchiz olunacaq. Burada müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, yeməkxana, həyətdə isə istirahət guşələri yaradılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]
Naxçıvanda yolda qaya uçqunu baş verib
- 28.03.2024 [10:25]
Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB
- 28.03.2024 [10:10]
Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Günündə şəkililərin qonağı olub
- 28.03.2024 [08:00]
27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb
- 27.03.2024 [20:01]
Naxçıvanda doğum günü mart ayında olan şəhidlərin xatirəsi anılıb
- 27.03.2024 [18:23]