REGİONLAR


Quba şəhərində “Soyqırımı memorial kompleksi” yaxınlığında qanunsuz tikinti işlərinin qarşısı alınıb

Quba, 1 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Quba şəhərində “Soyqırımı memorial kompleksi” yaxınlığındakı ərazidə ayrı-ayrı şəxslər tərəfindən aparılan qanunsuz tikinti və qazıntı işlərinin qarşısı alınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məsələyə Mədəniyyət Nazirliyi, Quba Rayon İcra Hakimiyyəti, Quba rayon Polis Şöbəsi və rayonun digər aidiyyəti qurumları tərəfindən dərhal operativ reaksiya verilərək qanunsuz tikinti işlərinin qarşısı alınıb, ərazi öz əvvəlki vəziyyətinə qaytarılıb.

Quba Rayon İcra Hakimiyyətindən bildirilib ki, Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaxınlığındakı ərazi 1988-ci ildə “Spartak Peşəkar Futbol Klubu” MMC tərəfindən icarəyə götürülüb. Sonradan istifadə olunmayan həmin ərazi ayrı-ayrı şəxslər tərəfindən zəbt olunub, qanunsuz tikinti və qazıntı işlərinə başlanılıb. Hazırda ərazidəki vəziyyət Quba Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.

Məsələ ilə əlaqədar müvafiq sənədlər toplanaraq Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə müraciət edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.