REGİONLAR
Qubada 21 min manatlıq metal oğurlayan şəxslər tutulub
Quba, 22 fevral, Elxan Yusifli, AZƏRTAC
Quba Rayon Polis Şöbəsinə rayonun Ağbil kəndi ərazisində olan köhnə sənaye obyektindən oğurluq edilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri Nihad Babayev, Ruslan Əhmədov və Tahir Ələddinov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxslər törətdikləri əməli etiraf ediblər. Onlar 17 min manat dəyərində alüminium, 3 min manat dəyərində 2 mühərrik və 920 manat dəyərində dəmir-metal avadanlığı oğurlamaqla, ümumilikdə zərərçəkmişə 21 min manata yaxın ziyan vurublar.
Faktla bağlı RPŞ-nin istintaq bölməsində araşdırma aparılıb və hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [15:06]
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [12:08]
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək
- 19.04.2024 [11:42]
Şirvan elektrik şəbəkəsi yenidən qurulur
- 19.04.2024 [10:27]
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO
- 19.04.2024 [09:30]
Xankəndidə silah-sursat aşkarlanıb
- 19.04.2024 [09:12]